Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Əcnəbilər bu gündən Azərbaycana vizasız gələcək

Əcnəbilər bu gündən Azərbaycana vizasız gələcək

Bu gündən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən və akkreditasiyadan keçmiş şəxslər, habelə Oyunların iştirakçıları viza almadan Azərbaycana gələ biləcəklər.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2017-ci il 2 mart tarixli Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və ölkəmizdən gedə bilərlər.

IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın