Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / ƏƏSMN-in  “İş yerinə dair arayış” e-xidməti rekord qırır

ƏƏSMN-in  “İş yerinə dair arayış” e-xidməti rekord qırır

Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” e-xidmətindən 22 610 dəfə istifadə qeydə alınıb.

Cari ilin noyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4,4 faiz artaraq 22 610-a çatıb. Ümumilikdə cari ilin yanvar-noyabr aylarında əhali həmin e-xidmətdən 204 918 dəfə faydalanıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz çoxdur.
Müvafiq hallarda müxtəlif qurumlar tərəfindən vətəndaşlardan ən çox tələb olunan arayışlardan biri də iş yerinə dair arayışdır. “İş yerinə dair arayış” e-xidməti əmək fəaliyyəti ilə məşğul olan vətəndaşa həmin arayışı işlədiyi müəssisənin məsul şəxslərinə müraciət etmədən və istədiyi vaxtda onlayn rejimdə əldə etməyə imkan verir. İstifadəçi arayışı elektron formada aidiyyəti təşkilata göndərə, ya da kağız formasında çap edib təqdim edə bilər. Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, müddətli, yaxud müddətsiz olması, etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur.
Arayış hansı quruma təqdim edilirsə, həmin qurum bu sənəddə qeyd olunan ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların düzgünlüyünü yoxlaya bilir.
“İş yerinə dair arayış” e-xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir və əhali cari ilin 01 dekabr tarixinə qədər bu e-xidmətdən 425 828 dəfə faydalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsi.

Azinforum.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın