Dərs ilinin başa çatması ilə məktəblərdə tətil dövrü başlansa da bir çox problemlər heç də “istirahətə getmək” fikrində deyil. Daha doğrusu həmin problemləri yaradanlar ictimai fikrə, dövlət siyasətinə məhəl qoymadan öz bildiklərini etməkdədirlər. Təhsil sahəsində bu tendesiyanı qoruyub saxlayanlar isə daha təhlükəlidirlər. Çünki, ümummilli əhəmiyyət daşıyan,bilavasitə xalqın və dövlətin gələcəyinə hesablanan təhsil sektorunda hərc-mərcliyin,dərəbəyliyin hökm sürməsi yaxşı heç nə vəd etmir.
Rubrika.az
saytına Bakı Avropa Liseyində baş verənlər barəsində ilginc məlumatlar
daxil olub. 1991-ci ildən fəaliyyət göstərən lisey ölkəmizdə kifayət
qədər tanınan təhsil ocaqlarından biridir. Liseyin direktoru Zülfiyyə
Veysova da bu sahədə tanınmış simalardan hesab olunur.Lakin, 27 ildir
ki, Liseyə rəhbərlik edən Zülfiyyə xanım öz davranışları və çıxışları
ilə heç kimə məhəl qoymadığını, az qala özünü Azərbaycan təhsilinin
memarı, ideoloqu hesab etdiyini sərgiləyir. Verilən məlumatlara görə
daha çox kobud,qaba rəftarı ilə tanınan xanım direktor Azərbaycanda
yeganə dürüst, obyektiv təhsil ocağı olduqlarını iddia edir, heç kimlə
hesablaşmır, hər kəsə meydan oxuyur. Onun iddiasına görə Azərbaycanda
Mehriban xanım tərəfindən aparılan təhsil siyasəti sıfra bərabərdir.
Yəni iddiasına görə bildirir ki, Azərbaycanda təhsil sistemində yalnız
və yalnız onun rəhbərlik etdiyi liseydə rüşvət yoxdur. Redaksiyamıza
daxil olan məlumatlar Zülfiyyə xanımın liseyində heç də hər şeyin
deyildiyi qədər dürüst və obyektiv olmadığı qənaətini yaradır.
Rubrika.az
saytına verilən məlumata görə Liseydə 1-ci siniflərə keçirilən qəbul
prosesində obyektivlik prinsipləri pozulub. İlk öncə ondan başlayaq ki,
imtahan prosesində şagirdlər karandaşdan istifadə ediblər.(?) Yəqin ki,
dünya praktikasında ilk dəfə Avropa liseyində karandaşla imtahan prosesi
təşkil edilib. “Poz-qazan” lotoreyasını xatırladan imtahan prosesinin
karandaşla keçirilməsi ona istənilən müdaxilənin mümkünlüyünü göstərir.
Əsl
həngamə isə “poz qazan” imtahanlarından sonra başlanıb. Belə ki,
imtahandan keçməyən şagirdlərin valideynlərinin telefonuna apelyasiya
şikayəti ilə bağlı mesaj göndərilib və bunun üçün gün təyin edilib.
Lakin, apelyasiya şikayəti də imtahandan fərqlənməyib. Belə ki, hər
hansı bilik yoxlaması keçirilmədiyi halda tanışlıq söhbəti aparılıb. Bu
zaman isə yalnız lisey rəhbərlərinə məlum olan kriteriyalara cavab
verənlərin şikayəti təmin olunub. Digərləri isə ən sadə dillə desək
“yola verilib.” Yəni lisey rəhbərliyinin apelyasiya adı altında təşkil
etdiyi bu şou nəticəsində qeyd etdiyimiz kimi bir qrupun maraqları təmin
edilib və bu zaman Zülfiyyə xanımın çox sevdiyi obyektivlik və aşkarlıq
prinsiplərinə heç də riayət olunmayıb. Baş verənlər valideynlərdə haqlı
olaraq narazılıq doğurub və əsaslı şübhələr yaradıb. Zülfiyyə xanımın
“Avropa standartları” artıq ciddi narazılıq yaradıb.
Şikayətçilər
Azərbaycan təhsilinin böyük hamisi Mehriban xanıma, Təhsil naziri
Ceyhun Bayramova və Bakı şəhər İH başçısı Eldar Əzizova müraciət edərək
Liseydə baş verən şübhəli əməliyyatlara son qoyulmasını, aşkarlıq və
obyektivliyin təmin olunmasını tələb edirlər. Özünü Azərbaycan
təhsilinin flaqmanı,ideoloqu hesab edən Z.Veysovanın hərəkətləri bu
sahədə aparılan islahatlara, görülən ölçüyəgəlməz işlərə kölgə salır.
“Təhsilimizə sırınan “Avropa standartlarına” son qoymağın vaxtıdır”
deyən şikayətçilər aidiyyatlı qurumları qəti tədbirlər görməyə
səsləyirlər!Məlumat üçün bildiririk ki, bu təhsil ocağının əsl sahibinin
Zülfiyyə Veysova olmadığı bildirilir. Hətta Z.Veysovann Amerika
fəaliyyəti ilə bağlı qaranlıq təəssüratlar üzə çıxmaqdadır. Bu barədə
araşdırmalarımızı davam etdiririk.