Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ziyalılar tələb edir: Tağıyevin evi bərpa olunsun!

Ziyalılar tələb edir: Tağıyevin evi bərpa olunsun!

Azərbaycan xalqının tarix və mədəniyyət abidələrinin xilası üzrə kampaniyaya başladığımız gündən redaksiyamıza olunan müraciətlərin ardı-arası kəsilmir.

“Tağıyevin villası yalnız tarixi-memarlıq abidəsi deyil, həm də milli sərvətimizdir. Başqaları kimi, bu obyektin də bərpası və qorunması gələcək nəsillərin tərbiyəsi, hər bir azərbaycanlıda vətənpərvərlik, öz xalqı ilə fəxr hisslərinin inkişafı baxımından olduqca vacibdir”, – bunu Hacı Zeynalabdin Tağıyev irsinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov deyib.

Onun sözlərinə görə, malikanə ilə bağlı vəziyyətlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yollayıb.

Məktubda qeyd olunub ki, 2018-ci ildə Tağıyevin yubileyi ərəfəsində yalnız ölkə rəhbərliyinin iştirakı ilə həllini tapa biləcək problemlər mövcuddur. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun İstiqlaliyyət küçəsindəki binasının üzərində hələ də bu binanın Tağıyev tərəfindən 1901-ci ildə Şərqdə qadınlar üçün ilk məktəb olaraq açılmasını göstərən xatirə lövhəsi vurulmayıb.

Mərdəkandakı ev, Zığdakı “Tağıyev kombinatı”, Neftçaladakı balıq zavodu kimi H.Z.Tağıyev tərəfindən qurulmuş obyektlər dağılmaq üzrədir. F.Cabbarov həmçinin təklif edir ki, Bakının mərkəzi küçələrindən birində Vətəninin böyük oğlunun heykəli ucaldılsın.

Alimin sözlərinə görə, Tağıyev tanımadığı insanlara belə hər zaman yardım edib. Azərbaycanın hazırkı prezidentinin babası Əziz Əliyev o vaxtlar İrəvandan metsenata məktub yazaraq Peterburqda təhsil alması üçün pulunun çatmadığını bildirib. Tağıyev şəxsən dərhal ona lazım olan qədər pul göndərib. Bu onu göstərir ki, o, xalqının təhsilinə aid bütün işlərə çox ciddi yanaşırdı. F.Cabbarov deyir ki, nəticədə, Əziz Əliyev Peterburqda hərbi tibb akademiyasını bitirdi və dövlət xadimi oldu.

Fərhad Cabbarov onu da əlavə edib ki, Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı da redaksiyamızın təşəbbüsünə qoşulur və Tağıyevin villasının bərpası üzrə kampaniyada ən yaxından iştirak etmək niyyətindədir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …