Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ziyafət Əsgərov: “Elə etməliyik ki, seçkilərdə artıq söz-söhbətə yer qalmasın”

Ziyafət Əsgərov: “Elə etməliyik ki, seçkilərdə artıq söz-söhbətə yer qalmasın”

Azərbaycan parlament seçkilərinin ən yüksək səviyyədə keçirilməsi ilə bağlı nümunə göstərməlidir.

Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Z.Əsgərov bildirib ki, bütün seçki komissiyalarının üzvləri, o cümlədən dairə seçki komissiyaları sədrləri tərəfindən seçki hüququnun, norma və prinsiplərinin dərindən mənimsənilməsi vacibdir: “Arxayınlıq olmamalı, hər gün öyrənməli, Seçki Məcəlləsinin tələblərini elə mənimsəməliyik ki, seçkilərdə artıq söz-söhbətə yer qalmasın”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın