Ana səhifə / Sosial / Ziya Məmmədov: “Mənim prezidentim İlham Əliyevdir, Tramp deyil”

Ziya Məmmədov: “Mənim prezidentim İlham Əliyevdir, Tramp deyil”

Oğlu Anar Məmmədovun ABŞ prezidenti Donald Trampın inauqurasiya mərasiminə dəvət edilməsi barədə yayılmış xəbəri “Yeni Müsavat” qəzetinə şərh edərkən nəqliyyat naziri Ziya Məmmədov deyib: “Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir”.

“Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub”. Bu xəbəri  “Qafqazinfo” yayıb. Məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.

Ziya Məmmədov qəzetin sualına cavabına bunları da əlavə edib: “Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın