Şənbə , Dekabr 9 2023
Ana səhifə / Sosial / Zibillikdə yaşayan ailəyə kim ev verdi? – VİDEO

Zibillikdə yaşayan ailəyə kim ev verdi? – VİDEO

Binə qəsəbəsində uzun müddətdir küçədə gecələyən ailə ev ilə təmin olunub.

Bu barədə Baku TV-nin “Arzunun vaxtı” verilişində məlumat verilib.

Belə ki, ailənin küçədə yaşaması barədə Baku TV-nin qaynar xəttinə məlumat veriblər.

Məlumat daxil olan kimi əməkdaşlar ailənin axtarışına çıxıb və onların qaldığı yerə baş çəkiblər.

Məlum olub ki, 4 uşaqlı 6 nəfərdən ibarət ailə sentyabr ayından indiyə qədər antisanitar şəraitdə olan ərazidə yaşayır. Əslən Cəlilabaddan olan ailə əvvəllər Rusiyada yaşayıb.

Deportasiya olunduqdan sonra isə küçədə yaşamaq məcburiyyətində qalıblar. Baku TV-nin çəkilişi zamanı bir nəfər xeyirxah şəxs həmin ailəyə dəstək olmağı öz öhdəsinə götürüb və onları ev ilə təmin edib.

Daha ətraflı “Arzunun vaxtı” verilişində:

Həmçinin oxuyun

“Vasmoy bazarı”ı ilə bağlı VACİB QƏRAR – VİDEO

Bakıda, 8-ci kilometr bazarının bir hissəsində süd və süd məhsullarının satışı qadağan edilib. Azərbaycan Qida …