Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Zeynəb Xanlarova namizədliyini verdi

Zeynəb Xanlarova namizədliyini verdi

Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə Report-a hazırda Z.Xanlarovanın deputat olduğu 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin sədri Rafəddin Nağdaliyev deyib.

O bildirib ki, bu ilin noyabrın 1-də parlamentə keçiriləcək seçkilərdə deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Dairə Seçki 8 nəfər müraciət edib, onlardan 5-nə imza vərəqi verilib.   Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən namizəd irəli sürməyib.

Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın