Şənbə , İyun 25 2022
Ana səhifə / Sosial / Zakir Qaralovun şirkəti cərimələndi

Zakir Qaralovun şirkəti cərimələndi

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi” ASC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.2-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Məhkəmə iclası iyunun 13-nə təyin edilib.

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

Həmçinin oxuyun

Azərbaycan Dövlət Aqrar Universitetində müasir, yoxsa keçmiş Sovet rejiminin təhsil modeli

Hər bir dövlətin gücü və qüdrəti tək onun təbii sərvətləri ilə deyil, məhz möhtərəm Prezidentimiz, …