Ana səhifə / Sosial / Zahid Orucla spiker arasında gərginlik pik həddə: “…səviyyəsiz”

Zahid Orucla spiker arasında gərginlik pik həddə: “…səviyyəsiz”

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında münasibətlər həddindən artıq gərgin səviyyəyə yüksəlib. Buna səbəb millət vəkili Zahid Orucun Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma münasibət bildiriməsi olub. O bildirib ki Avropa İttifaqının dağıldığı bir vaxtda “tax free “ sisteminə keçmək düzgün deyil, ehtiyatlı olmaq lazımdır”. Bundan sonra spiker O. Əsədovla millət vəkili arasında gərgin dialoq yaşanıb. “Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Bununla Azərbaycanda ticarət dövriyyəsi artacaq. Turizm inkişaf edəcək. “Tax free”nin bura nə aidiyyəti var? Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sən sözünü kəsmədin. Sən gündəlikdən danış. Hər dəfə temadan kənar danışırsan. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın səni də başa saldım. Başa düşmürsənsə, öz işindi. Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz”. Z. Oruc isə yerindən danışmaq hüququ olduğunu və kimsənin bu haqqı onun əlindən almaq səlahiyyəti olmadığını qeyd edib. Qafqazinfo.az

 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın