Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Zahid Oruc Sevil Nuriyevanı “sözügedən şəxs” adlandırdı -QALMAQAL

Zahid Oruc Sevil Nuriyevanı “sözügedən şəxs” adlandırdı -QALMAQAL

Türkiyədə yaşayan tanınmış telejurnalist Sevil Nuriyeva millət vəkili Zahid Orucun türkmənlərin ruslar tərəfindən öldürülmədiyini söyləməsinə sərt reaksiya verib.
Nuriyeva deputatı sərt tənqid edib.
Məsələ ilə bağlı ölkə.az Zahid Orucun mövqeyini öyrənib. Millət vəkili bildirib ki bu məsələnin Azərbaycan ictimai fikrində əks yorumlarla müşayiət olunması başadüşüləndir. Çünki hissi yanaşmalar, emosional ortam var:
“Rusiya-Türkiyə münasibətlərinin tarixi mövcuddur və təəssüf ki, bu xeyli qanlı savaşlardan keçib. Məsələyə tarixi konteksdən qiymət verənlərin bir qismi Rusiyanın istər Azərbaycana, istərsə də Türkiyənin həyatına müxtəlif dövrlərdə vurduğu zərbələri xatırlayırlar, genetik kodlara dayanırlar, məsələlərə insani yanaşma sərgiləyirlər. Hər birimizin qanımız, varlığımz, ruhumuz Türkiyəylədir. Bu məsələyə münasibətdə adamlar bir-birinin milli kimliyini, insanı varlığını təftiş etməsi çox yanlışdır. O insanlar hər birinin mövqelərinə süngü ilə yanaşmırıq. Konkret halda sözügedən şəxsdən danışmıram. İki ölkə arasındakı münasibətlərin gərginləşməsi regional vəziyyətə mənfi təsir göstərəcək”.
 
Zahid Oruc qeyd edib ki, hazırda kimin məsələyə daha soyuq ağılla yanaşdığını indi təxmin etmək çətindir. “Belə yanaşmaları çox görmüşük” deyən millət vəkili bildirib ki, təmkinli olmaq və hadisələri öncədən təhlil etməyi bacarmaq lazımdır:
“Adamlar İrana, Turana və daha uzaq məkanlara bayraqlar sancırlar, qiymətlər verirlər, həmrəylik göstərirlər, kükrəyərək meydanlara düşürlər və bu düşüncənin dövlətin qərarı olmasını istəyirlər. Gəlin bir az məntiqi araşdırmalar aparaq. Rusiya Suriyada İŞİD terror qruplarına qarşı əməliyyat həyata keçirdiyini bir neçə ay öncə bəyan etdi. Dünyanın bir sıra dövlətləri, o cümlədən antiİŞİD koalisiyasını təşkil edən mərkəzlərin reaksiyalarına rəğmən hava zərbələrini endirməyə başladı. Bir az irəli gedərək düşünək. Rusların türkmənlərlə xüsusi tarixi düşmənçiliyi varmı? Bəlkə türkmənlər Əsəd hakimiyyətinə İŞİD-dən daha betər vuruşublar, xəbərimiz yoxdur. Şübhəsiz ki, atılan bombalardan sonra həyatını itirən türkmən də, sadə suriyalı və digər millətlərin nümayəndələri də var. Maraqlıdır ki, bu adamlar Rusiyanın bu elədiklərinə dözürdülər. İndi nə əcəb antirusiyaçı çıxıblar? Bəlkə bizə geopolitika dərsi keçələr? Mənə elə gəlir ki, hər kəsin dediyi sözə görə utanmaq və eyni zamanda öyünmək imkanı var. Qoy onu etsinlər. Başlıca məsələ proseslərin gedişatını görmək və Türkiyə əleyhinə prosesləri dərk etməkdir. Yoxsa oturub kiminsə varlığına, halına vəziyyətinə görə dartışmaq primitiv yanaşmalardır. Hadisələrə “növbəti təyyarələri vuracağıq, rusları linç edəcəyik, Suriyada Rusiya bombardmanlarını darmadağın edib Əsəd rejimini devirəcəyik” kimi reaksiya verənlər mənə 90-cı illərdəki adamları xatırladırlar. Dünya siyasətii qopuz sədaları altında, marşlarla şərh etmək olaz.
Xatırladaq ki, Sevil Nuriyeva “Facebook”da Zahid Orucun fikirlərinə münasibət bildirərkən “Sizə səmimi deyirəm, mən Azərbaycanda bu insanlarla eyni ölkədə yaşamaqdan, bu adamların Azərbaycanı təmsil etmələrindən utanıram” yazmışdı.
moderator.az

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın