Ana səhifə / Sosial / Zahid Oruc: “Qarabağ ermənilərinə müraciət etməliyik”

Zahid Oruc: “Qarabağ ermənilərinə müraciət etməliyik”

Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir.

Trend-in məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Z.Oruc bildirib ki, doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil: “Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir. Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın