Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Zahid Oruc Artur Rasi-zadədən danışdı: “Təki bütün nazirlər onun kimi olaydı”

Zahid Oruc Artur Rasi-zadədən danışdı: “Təki bütün nazirlər onun kimi olaydı”

“Bu illər ərzində təki bütün nazirlərin qapısı Artur Rasizadənin qapısı qədər açıq olaydı. Artur Rasizadə dövlətə sədaqətli olan, milləti istəyən, ulu öndər məktəbini peşəkarlıqla keçən və cənab prezident İlham Əliyevə də yaxından silahdaşlıq edən, fəaliyyətində də özünə tələbkar yanaşan məmurlardandır”.

Bunu uzun müddətdən bəri mətbuatda görünməyən və ölkədaxili son siyasi proseslərdə əvvəlki kimi aktivlik nümayiş etdirməyən millət vəkili Zahid Oruc “Yeni Müsavat”a geniş müsahibəsində 26 sentyabr referendumundan sonra baş nazir Artur Rasi-zadənin aqibətinin necə olacağı məsələsinə münasibətini bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, ümumiyyətlə, referendumla bağlı müzakirələrdə söhbət Nazirlər Kabinetinin daha çevik quruma çevrilməsindən gedir. Onun sözlərinə görə, siyasi amillər bundan ibarətdir ki, dövlət başçısı maraqlıdır ki, verdiyi qərarların hər biri icra olunsun.

“Çünki Nazirlər Kabinetinə hər gün müxtəlif səpkili tapşırıqlar verilməkdədir. Bu, böyük bürokratik aparatı hərəkətə gətirmək üçün müxtəlif insanların peşəkarlıq əmsalı vacibdir. Nazirlər Kabineti bir hökumət modeli olaraq tamam fərqli bir fəaliyyətə keçə bilərdi. Referendumdan sonra hökumətin fəaliyyətində ASAN xidmət modelinin sürətlənməsi daha çox qabardıla bilər ki, bu, hamının xeyrinədir. Dövlət başçısına komandasını yeniləşdirməyə heç kəs mane ola bilmir. Çünki cənab prezidentin iradəsi qarşısında özünü vaxtı ilə toxunulmaz kastanın üzvü sayanlar da duruş gətirə bilməyiblər. Referendum idarəçilikdəki təkmilləşməni həyata keçirmək, prezidentin xalqa uzanan əllərinə olan maneçilikləri ortadan qaldırmaq və insanların dövlətdən, hökumətdən gözləntilərini tam reallaşdırmaq üçündür”-deyə, o, sözlərinə əlavə edib.

Həmçinin oxuyun

Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə “Əhməd sendromu” hökm sürür.  Bu dəfə  2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı …

Bir cavab yazın