Şənbə , Mart 23 2019
Ana səhifə / Sosial / Zabit və gizirlərə şad xəbər

Zabit və gizirlərə şad xəbər

Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə xidmət edən zabit və gizirlərə ərzaq əvəzinə verilən pul kompensasiyasının məbləğinin artırılması planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq hökumətdəki mənbələrdən məlumat verilib. Hazırda bununla bağlı məsələyə hökumətdə müvafiq qurumların iştirakı ilə baxılır. Qeyd edək ki, hazırda zabitlər və gizirlərə verilən pul kompensasiyasının məbləği 64 manatdır. Bu da hazırda ordunun Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş mövcud qida rasionu ilə müqayisə olunduqda ən azı iki dəfə azdır.

Kompensasiyanın məbləği müzakirələr nəticəsində müəyyən olunacaq. Burada söhbət ən azı iki dəfə artımdan gedir. Qeyd edək ki, bu il hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra addımların atılması gözlənilir.

Həmçinin oxuyun

Xaçmazda it sığınacağı: İki bacı dünyamızı xoşbəxt etməyə çalışır

Xaçmaz rayon sakinləri Hava və Nailə Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Bu ideyanın …