Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Zərdab rayon prokurorunun işdən çıxarıldığı rəsmən təsdiqləndi

Zərdab rayon prokurorunun işdən çıxarıldığı rəsmən təsdiqləndi

Zərdab rayon prokuroru Süleyman Süleymanov vəzifəsindən azad olunub. 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlamasında deyib ki, S.Süleymanov baş prokuror Zakir Qaralovun əmri ilə işdən çıxarılıb.
O bildirib ki, S.Süleymanov Zərdab Rayon Prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib.
Qeyd edək ki, prokurorun işdən çıxarılması barədə ilk məlumatı Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov sosial şəbəkədə yaymışdı. 

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın