Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Zəmanətlə aldığı telefon işləmədi, şirkət isə müqaviləyə əməl etmir — VİDEO

Zəmanətlə aldığı telefon işləmədi, şirkət isə müqaviləyə əməl etmir — VİDEO

Şirvan sakini Raksana Ağayeva 3 ay əvvəl aldığı telefonda 10 gün sonra nasazlıq yaranıb. O, zəmanətlə aldığı telefonu mağazaya aparıb.

Telefon servisdə iki aydan çox müddətdə qalmasına baxmayaraq, hələ də vətəndaşa qaytarılmayıb. Halbuki, zəmanət kağızında da prosesin maksimum 30 gün çəkəcəyi yazılıb.

Raksana Ağayeva deyir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, ona konkret cavab verən yoxdur. Hər ay isə kreditini vaxtı-vaxtında ödəyir.

Məsələ ilə bağlı “Optimal elektroniks” şirkətindən bildirdilər ki, vətəndaş telefonun ekranını özü sındırıb və öz razılığı ilə ödənişlə telefonu təmirə verib.

Mağazadan onu da bildirdilər ki, artıq telefon təmir olunub. Vətəndaş elə sabah telefonu verdiyi filialdan götürə bilər.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …