Bazar , Fevral 24 2019
Ana səhifə / Sosial / Zəlzələ nəticəsində yollarda çatlar yaranıb – FOTOLAR

Zəlzələ nəticəsində yollarda çatlar yaranıb – FOTOLAR

Fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. 

Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır. 

Azvision.az 

Həmçinin oxuyun

“Zorakılığa məruz qalan müəllimələrin dərs deməsinə icazə verilməməlidir” – RƏY

“Məişət zorakılığına məruz qalan müəllimələrin dərs deməsinə icazə verilməməlidir”. Bunun “Təmiz Dünya” Qadınlara Yardım İctimai …