Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / Zəhərlənmələrin tüğyan etdiyi aylar başlayıb: necə qorunmalı? (VİDEO)

Zəhərlənmələrin tüğyan etdiyi aylar başlayıb: necə qorunmalı? (VİDEO)

Qarın ağrısı, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsindən xəbər verir. Bu əlamətlər özünü göstərirsə, mütləq həkimə müraciət olunmalıdır.
Əsasən, isti havalarda tez-tez rast gəlinən, hətta ölümə belə yol açan bu təhlükədən necə qorunmalı və nələrə diqqət etməliyik?
1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bildirir ki, əgər kimsə zəhərləndiyini hiss edərsə, ilkin olaraq bol-bol su içməli və yediyi qidanı qaytarmağa çalışmalıdır.
Müsahibimizin sözlərinə görə, zəhərlənmələrin ən ağırı hisə verilmiş qidalardan qaynaqlanır.
O deyir ki, iyun-sentyabr aylarında zəhərlənmə ilə bağlı müraciət edənlər daha çox olur. Zəhərlənmələrin təməlində xroniki mədə-bağırsaq xəstəlikləri dayanır.
Həkim onu da qeyd edir ki, əvvəlki illərlə müqayisədə qida zəhərlənmələri bu il az müşahidə olunur.
Daha ətraflı Baku TV-nin hazırladığı süjetdə:

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …