Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Zəhərlənən fəhlələrin vəziyyəti necədir? – Açıqlama

Zəhərlənən fəhlələrin vəziyyəti necədir? – Açıqlama

Ötən gün İmişlidə pambıq tarlasında baş verən zəhərlənmə ilə əlaqədar İmişli Rayon Mərkəzi Xəstəxanasına 141 müraciət daxil olub.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
O, bildirib ki, hazırda 12 nəfər xəstəxanadadır. Nazirlik rəsmisinin sözlərinə görə, həmin şəxslərin vəziyyəti normaldır, gün ərzində evə buraxılacaqlar.

Qeyd edək ki, ötən gün İmişli rayonunda pambıq tarlalarında becərmə işləri aparan fəhlələr arasında kütləvi zəhərlənmə baş verib. Zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …