Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Sosial / “Zəfər” yarmarkasında nə qədər pul yığıldı?

“Zəfər” yarmarkasında nə qədər pul yığıldı?

Dənizkənarı Bulvar ərazisində təşkil olunan “YAŞAT” Fondunun “Zəfər” Yarmarkası başa çatıb.
Fonddan verilən məlumata görə, ümumilikdə 12 gün ərzində Yarmarka müddətində toplanmış 64 558.58 AZN (altmış dörd min beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib.
Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan və 29 oktyabr – 9 noyabr tarixini əhatə edən Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub.
Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyası olub.

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …