Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / Yüngül əxlaqlı qadınlar iranlı turistin başına oyun açdı

Yüngül əxlaqlı qadınlar iranlı turistin başına oyun açdı

Bakıya istirahətə gəlmiş iranlı turist polisə müraciət edib.

Lent.az -ın verdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Seyyid Ehsan Yunisi bildirib ki, Rəşid Behbudov küçəsi 10 ünvanındakı gecə klubunda ona vermədiyi sifarişlərə görə gələn hesabı zorla ödətdiriblər.

Şikayətçi ərizəsində qeyd edib ki, gecə saatlarında kluba gedib. Az sonra iki yüngül əxlaqlı qadın onun masasına yanaşaraq birgə istirahət edə biləcəklərini deyiblər və müxtəlif içkilər sifariş veriblər. Durub getmək istədikdə isə klub işçiləri həmin qadınların içdiyi içkilərin hesabının onun tərəfindən ödənməli olduğunu bildirərək qarşısını kəsiblər. İranlı turist həmin qadınlara görə əlavə 166 manat ödədikdən sonra klubu tərk edə bilib və dərhal polis bölməsinə gedib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi …