Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Sosial / “Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım ola bilər. Həmin dövrə gəlib çatırıq. Soyuq mövsümü başlayandan sonra yoluxmaların sayı kəskin artır”. 

Bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, elə ölkələr var ki, heç xəstəlik ilk yayılanda bu qədər yoluxma olmamışdı:
“İstər Avropa ölkələri, istərsə Amerika, Brazilyada yoluxma birmənalı olaraq artmaqdadır. Bütün dünya ictimaiyyəti də, səhiyyəsi də çalışır ki, yoluxma artmasın. Sözsüz ki, Azərbaycan da dünyanın bir parçasıdır. Burada da yoluxma sayının artmasına havaların soyuması təsir göstərməkdədir. Soyuq hava yuxarı tənəffüs orqanların  işini çətinləşdirir, bütün respirator xəstəlikləri, o cümlədən COVİD-19–da aktivləşir. Digər səbəblər isə özümüzdən asılıdır. Bunu dəfələrlə demişik. Təmasların sayının artması və qorunma tədbirlərinin olmaması yoluxma sayının artmasına gətirib çıxarır. Yoluxma artanda da çox sürətlə artır. Silsilə ilə bu proses artmış olur. Təmaslar varsa, mütləq maskadan istifadə etməliyik. Sosial qaydalara riayyət etməliyik”. 

Həmçinin oxuyun

Kirayə verilən evlərin vergiyə cəlb olunması istiqamətində işlər görüləcək

“Bu gün kirayəyə verilən evlərin bir çoxu müqaviləsiz və qeydiyyatdan keçməmiş verilir. Bu da son …