Çərşənbə , Mart 3 2021
Ana səhifə / Sosial / “Yoluxma yenidən artsa, sərtləşmə gündəmə gələ bilər” – TƏBİB rəsmisi

“Yoluxma yenidən artsa, sərtləşmə gündəmə gələ bilər” – TƏBİB rəsmisi

Yumşalma tədbirlərinə baxmayaraq, əsla ehtiyatı əldən vermək olmaz. Tarix göstərdi ki, yumşalmalardan sonra insanların diqqətsizliyi nəticəsində koronavirusa yoluxanların sayı yenidən arta bilər. Bu xəstəliyə qarşı davamlı qoruyuculuq olmadığını nəzərə almaq lazımdır. Çünki müəyyən müddət keçəndən sonra qanda antitellərin miqdarı mənfiyə düşür. Nəticədə ikinci dəfə yoluxma baş verir.

Bunu Azvision.az -a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. Onun sözlərinə görə, bu baxımdan insanlar daha diqqətli olmalıdır.

“Yumşalmalar insanları arxayın salmamalıdır. Qızıl qaydalara – ara məsafəsinin gözlənilməsi, insanlarla çox ünsiyyətə girilməməsi, qapalı məkanlarda az olmağa, gigiyena qaydalarına, maskadan istifadə qaydalarına düzgün əməl etməliyik. Həmçinin peyvəndləmə tədbirlərinə başlanılıb. İlk mərhələdə tibb işçiləri peyvənd edildi, bundan sonra yaş qruplarına görə digər insanlar vaksinasiyaya cəlb olunacaqlar”.

V.Əliyev bildirib ki, koronavirusa yoluxanların sayının aşağı olması üçün vaksinasiya mütləqdir: “Peyvəndləməyə qarşı insanların inamı hər zaman aşağı olub. “Coronavac” inokativ peyvənddir. İnsanlar ən azından xarici ölkələrdə kütlənin peyvəndləmə prosesinə necə müsbət baxdığını incələyə bilərlər. Əgər ciddi əks-təsir olsaydı, həkimlər peyvəndləmə prosesindən keçməzdilər”.

İnfeksionist onu da qeyd edib ki, ətraf ölkələrdə, Amerika və Avropada, həmçinin digər ölkələrdə hələ sərt tədbirlər davam etdirilir və gündəlik yoluxma sayı yüksəkdir.

“Ölkəmizdə koronavirusa yoluxmaların sayı getdikcə azalır, bu da sərt karantin rejimi çərçivəsində mümkün olub. İlk növbədə insanların fərdi məsuliyyəti önəmlidir. Operativ Qərargah tərəfindən qoyulan qayda-qanunlara əməl edilməlidir. Bundan sui -istifadə etmək olmaz. Qaydalara əməl edilməsə, yenidən artıma doğru gedə bilər və karantin rejimin sərtləşməsi gündəmə gələ bilər. Heç kim bunu arzulamır. Yumşalmalardan sonra daha tədbirli olmalıyıq”.

Həmçinin oxuyun

“Torqovı”da quzu gəzdirən gəncləri polis saxladı – VİDEO

Bakının mərkəzində “Torqovı”da maraqlı hadisə baş verib. Unikal.org xəbər verir ki, iki gənc quzuya bez geyiindirərək küçədə …