Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Yoluxma sayı 2000-ə çatır: Bizi hansı “sürprizlər“ gözləyir? – Açıqlama

Yoluxma sayı 2000-ə çatır: Bizi hansı “sürprizlər“ gözləyir? – Açıqlama

Koronavirusa yoluxanların sayında yeni artım yüksələn xətdədir. Ötən gün bu rəqəm 1600-dən çox olub. Belə davam etsə, hansı sürprizlərlə qarşılaşa bilərik?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, virusun əvvəlki təhlükəsinin qalmadığını bildirib:

“Yoluxma getdikcə artır. Bu dünya ölkələrində də müşahidə olunur. Düşünmürəm ki, karantin qaydaları sərtləşdiriləcək. Çünki əhalimizin 60%-i vaksinasiyadan keçib. “Buster doza”nı vurduranların sayı da az deyil. Bu proses davam edir. Pandemiyanın ilk aylarındakı kimi təhlükə gözlənilmir”. 

M. İbrahimqızının sözlərinə görə, bəziləri karantin qaydalarının yumşaldılmasından sui-istifadə etməməlidir:

“Bir-neçə ayda hər kəs öz üzərinə düşən qaydalara əməl etməklə, yəni vaksin olunmaq, izdihamlı yerlərdən uzaq durmaqla xəstəliyə qalib gələ bilər. Operativ Qərargah, müvafiq qurumlar da üzərinə düşəni edir. Bu xəstəlik üzərində ən qısa zamanda qələbə çalacağıq”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …