Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Yoluxma dalğasının enişindəyik, amma diqqətli olmalıyıq”

“Yoluxma dalğasının enişindəyik, amma diqqətli olmalıyıq”

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov pandemiya ilə əlaqədar əhaliyə müraciət edib. O, vətəndaşları diqqətli olmağa çağırıb.

Eyvazov xatırladıb ki, ölkədə karantin qaydaları yumşaldılıb və, son zamanlarda yoluxma halları artsa da yenidən məhdudiyyətlər tətbiq edilməyib: “Təcrübə göstərdi ki, biz doğru yoldayıq. Hazırda yoluxma dalğasının enişindəyik. Payız-qış mövsümü, məktəblərin açılması, Məhərrəmlik ayının bitməsi ilə toyların yenidən başlaması yaxın təmasların artması deməkdir. Eləcə də havalar soyuduğundan toy mərasimləri açıq havada deyil, qapalı məkanlarda keçiriləcək. Yoluxma sayında artımın olmaması üçün mümkün risklər qiymtələndirilməli, kütləvi yerlərdən uzaq durmalı, lazımi qaydalara əməl edilərək vaksinasiya prosesində iştirakı təmin etməliyik. Belə olan halda müsbət irəliləyişləri müşahidə ola bilərik. Digər məhdudiyyətlərin də aradan qaldırılmasına zəmin yaratmış olarıq”.

Eyvazov həmçinin aktiv xəstələrin ictimai yerlərə çıxmasından təəssüfləndiyini bildirib: “Bu, acınacaqlı haldır. Çünki həmin şəxslər yoluxma sayını ciddi şəkildə artırmış olurlar. Nəzərə alaq ki, hazırda ailədaxili yoluxmaların göstəricisi yüksəkdir. Yüngül simptomlu xəstələr adətən həkimə müraciət etmir və rəsmi qeydiyyata düşməmək üçün adlarını sistemə salmırlar. Hesab edirlər ki, adları sistemə düşsə məhdudiyyətlərlə qarşılaşacaqlar. COVID-19-un bəzi simptomları kəskin respirator virusun əlamətləri ilə oxşar olduğundan xəbəri olmayan insanlar yoluxmanı artırmış olurlar. Odur ki, hər kəs məsuliyyətli olmalıdır”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …