Ana səhifə / Sosial / Yol qəzalarında kişilər qadınlardan daha çox həlak olur – Statistika

Yol qəzalarında kişilər qadınlardan daha çox həlak olur – Statistika

Azərbaycanda bu ilin yanvar-mart aylarında 370 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2% az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3% azalaraq 499 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onlardan 173-ü həlak olub, 326-sı isə yaralanıb.
Bütün yol-nəqliyyat hadisələrinin 38,4%-i nəqliyyat vasitələrinin və piyadaların, 38,4%-i bir neçə nəqliyyat vasitəsinin, 23,2%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74%-ini, yaralananların isə 71,8%-ini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş verib, nəticədə 3 nəfər həlak olub, 16 nəfər yaralanıb. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …