Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Yol polisinin cərimələrdən yığdığı vəsait necə bölünəcək?

Yol polisinin cərimələrdən yığdığı vəsait necə bölünəcək?

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə yığılan cərimələrin yeddi faizi dövlət büdcəsinə köçürüləcək.  

Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.  

Qeyd edək ki, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur.  

Lakin vəsaitin qalan hissəsinin hansı mənbəyə yönləndirilməsi barədə dəqiq məlumat yoxdur.  

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …