Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Sosial / Yol polisi mindən artıq sürücünü cərimələdi (VİDEO)

Yol polisi mindən artıq sürücünü cərimələdi (VİDEO)

Avtomobilini texniki baxışdan keçirməyən sürücülər kameralar vasitəsilə cərimə edilir.
Bu barədə məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, paytaxt ərazisində xüsusi texniki vasitələr mindən artıq texniki baxışdan keçməyən avtomobil aşkar edib. Həmin sürücülər texniki baxışdan keçmədikləri üçün 50 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, minik avtomobilləri 1 may – 31 iyul tarixləri arasında texniki baxışdan keçirilməli idi. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5, 7, 9 və 11-ci ilində və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir. Texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.
Vaqif Əsədov onu da bildirdi ki, barəsində elektron protokol yazılan bir neçə sürücü cərimələrini 3 ay müddətdə ödəmədiyi üçün onlar barəsində toplanan material rayon məhkəmələrinə göndərilib.
Həmin sürücülər cəriməsini ödəsələr belə, onlar məhkəmə qərarına əsasən, 6 ay sürücülük hüququndan məhrum edilirlər. Bəs hansısa sürücü onun barəsində tərtib edilən protokoldan xəbərsiz olduqda necə? Onun da sürücülük hüququ məhdudlaşdırılırmı?
Qeyd edək ki, belə hal ən çox yaşadığı ünvanı dəyişən sürücülərlə bağlı olur.
Belə məsələdə ən asan üsul isə ”asanpay.az” saytından qeydiyyatdan keçməklə şəxsi kabinet açmaqdır ki, bunu da istənilən sürücü edib cəriməsi barəsində vaxtında xəbər tuta bilər.


Həmçinin oxuyun

Azərbaycanda qara pomidor yetişdirilir – Fotolar + Video

Karvan L Eko MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu …