Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Sosial / Yol polisi hava şəraiti bağlı gücləndirilmiş iş rejiminə keçib – FOTOLAR

Yol polisi hava şəraiti bağlı gücləndirilmiş iş rejiminə keçib – FOTOLAR

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq yol polisi küçə və prospektlərdə təhlükəsizliyi təmin etmək üçün nəzarəti gücləndirib

Hazırda paytaxt və bölgələrdə müşahidə olunan yağmurlu hava şəraitinə baxmayaraq Baş Dövlət Yol Polisi və Bakı şəhər BPİ Dövlət Yol Polis İdarələrinin əməkdaşları xidməti fəaliyyətlərini davam etdirirlər. Gün ərzində yol patrul və post patrul xidmətinin əməkdaşları tərəfindən uşaq baxçaları, orta ümumtəhsil məktəbləri, iri idarə və müəəssilərin yerləşdiyi, həmçinin gölməçələr yaranan ərazilər nəzarətə götürülüb. Qeyd edilən məkanlarda piyadaların yolu təhlükəsiz şəraitdə keçməsi üçün polislər tərəfindən lazımi şərait yaradılıb.

Yağışlı havada nasazlıq səbəbindən yollarda qalan avtomobillərin sürücülərinə polislər köməklik göstərərək nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təmin ediblər. Görülən təhlükəsizlik tədbirlərinin nəticəsidir ki, bu saata olan məlumata görə paytaxt ərazisində ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisəsi qeydə alınmayıb. Baş verən 9 yol qəza hadisəsi zamanı isə yalnız avtomobillərə maddi ziyan dəyib.

Yollarda təhlükəsizliyin təmin olunması və yol-nəqliyyat hadisələrinin iştirakçısına çevrilməmək üçün sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından qaydalara, həmçinin yol polisinin tələblərinə əməl etmələri tələb olunur.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …