Ana səhifə / Sosial / Yol polisi Bakıda “taksi ovu”na başladı (VİDEO)

Yol polisi Bakıda “taksi ovu”na başladı (VİDEO)

Bakıda bəzi metrostansiyaların, iri ticarət obyektlərinin və təhsil müəssisələrinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan xeyli sayda sürücünün avtomobili cərimə meydançasına salınıb. Sürücülər avtomobilərinin heç bir səbəb göstərilmədən aparıldığını desələr də , yol polisinin açıqlaması bunun əksini göstərir.
100-dən artıq taksi sürücüsünün avtomobili saxlanılaraq cərimə meydançasına salındı.
Yol polisi Bakıda metronun “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının, 3-cü mikrorayon dairəsində eləcədə digər ərazilərdə taksi fəaliyyəti göstərən çoxlu sayda sürücüyə qarşı reydlərə başlayıb.Sürücülər idda edirlər ki,onlar həmin ünvanlarda fəaliyyət göstərən zaman yol polisləri tərəfindən avtomobilləri Yasamal rayonu Tbilisi prospektində yerləşən cərimə meydançasına aparılıb. Sürücülər deyir ki, yol polisləri heç bir səbəb göstərmədən bu addımı atıb.
Sürücülərnən söhbət zamanı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvaiq sənədlərinin qaydasında olmadığı məlum olsa da bəzi istisnalar da olub.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb.Məlumatda qeyd olunub ki,vətəndaşlar tərəfindən taksi sürücülərinin qanunsuz əməlləri barədə polisə şikayətlər daxil olub.Elə buna görə də keçirilən reydlər zamanı taksi sürücülərinin sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan onların taksi fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da məlum olub.Ümumilikdə isə 100-dən artıq taksi sürücüsü barəsində inzibati qaydada tədbirlər görülüb.
Yol polisi taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bildirib ki, onlar avtomobili daim saz vəziyyətdə saxlamalıdır. Onlar müvafiq nişanlar nişanlanmış yerlərdə dayanıb taksi fəaliyyəti ilə məşğul olmalıdırlar. Qanunla nəzərdə tutulmayan yerlərdə maşın saxlamaq, yoldan keçənlərə qarşı qeyri-etik hərəkətlər etmək, sürücülərin, piyadaların yolunu kəsərək sıxlıq yaratmaq halları ilə mübarizə bundan sonra da davam edəcək.


Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …