Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Yevlaxda şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb: 19 məktəbli xəsarət alıb

Yevlaxda şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb: 19 məktəbli xəsarət alıb

Yevlaxda şagirdləri daşıyan “Vito” markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …