Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Yevlaxda pambıq sahəsində zəhərlənmə: 16 nəfər xəstəxanalıq oldu – FOTO

Yevlaxda pambıq sahəsində zəhərlənmə: 16 nəfər xəstəxanalıq oldu – FOTO

Yevlax rayonundakı pambıq sahələrindən birində növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən yerli və qonşu Murallı kəndinin sakinləri sahədə zəhərləniblər.

İlkin məlumatlara görə, 16 nəfər xəstəxanaya aparılıb. Onların kimyəvi maddədən zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …