Ana səhifə / Sosial / Yetkinlik yaşına çatmayan 160 nəfər dilənçilik edirmiş

Yetkinlik yaşına çatmayan 160 nəfər dilənçilik edirmiş

2020-ci ilin birinci yarısında yetkinlik yaşına çatmayan 2300 nəfər daxili işlər orqanlarına gətirilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunlardan 291 nəfəri qız, 2009 nəfəri oğlanlardır.

Həmin şəxslərdən 860 nəfəri 14 yaşa qədər, 1440 nəfəri isə 14-17 yaşda olanlardır. Gətirilən şəxslərdən 338 nəfər məşğuliyyəti olmayanlar, 342 nəfəri təhsildən yayılanlardır.

Daxili işlər orqnalarına gətirilən yetkinlik yaşına çatmayanlardan 22 nəfər spirtli içki və başdumanlandırıcı maddələr qəbul edənlər, 3 nəfər narkotik və psixotrop maddələr qəbul edənlər, 46 nəfər valideyn himayəsindən məhrum olanlar, 9 nəfər atılmış və ya imtina edilmişlər, 160 nəfər dilənçilik edənlər, 15 nəfər küçələrdə yaşayanlardır.

Onlardan 267 nəfəri İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunub.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …