Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / “Yerimə kimin gəlməsi məni qəti narahat etmir” – Keçmiş icra başçısı

“Yerimə kimin gəlməsi məni qəti narahat etmir” – Keçmiş icra başçısı

Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyev son vaxtlar adının tez-tez mətbuatda hallandırılmasına münasibət bildirib.

O,  “Ölkə.Az”-a açıqlamasında bundan qəti narahat olmadığını söyləyib: “Son vaxtlar mənim adımın tez-tez hallandırılması və yerimə kimin gəlməsi məni qəti narahat etmir. Bütün bunlardan narahat deyiləm. Mənə vəzifə verən də, vəzifədən çıxaran da cənab Prezidentdir. Bundan sonra da cənab Prezident kimi layiq biləcəksə, onu da Yasamala icra başçısı təyin edəcək”.

Sabiq icra başçısı hazırda ailəsi ilə bərabər istirahət etdiyini deyib: “Hazırda mən istirahət edirəm”. 

Xatırladaq ki, İbrahim Mehdiyev Azərbaycan Prezidentinin 1 iyul 2017-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

“Xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin 70-75%-nin yaşı 50-dən çoxdur” –Ramin Bayramlı

“Əsas hədəflərimizdən biri növbəti 2 həftə ərzində tibb işçilərinin peyvəndlənməsini tamamilə yekunlaşdırmaqdır. Ardınca 65 yaşdan …

Bir cavab yazın