Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Sosial / “Yeniyetmələrin peyvəndlənməsi artıq zəruridir” – Adil Qeybulla

“Yeniyetmələrin peyvəndlənməsi artıq zəruridir” – Adil Qeybulla

Ənənəvi təhsilə qayıdış koronavirusa yoluxma sayına təsir göstərib. Şagirdlər, tələbələr arasında COVID-19-un yayılması xəbərlərinə artıq bir şagirdin ölüm ilə bağlı məlumat da əlavə olunub. 

Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla Yenisabah.az-a açıqlamasında deyib ki, koronavirusun əvvəlki dalğalarda olduğu kimi, indikində də uşaqlar keçirici risk qrupuna daxildir:

“Uşaqlar təhlükəli qrupdur. Çünki onlar infeksiyanın keçirici, yoluxdurucu rolunu oynayır. Hazırki mərhələdə gənclərin yoluxması, xəstəliyin onlarda daha ciddi şəkildə davam etməsi, hətta ölüm halllarının müşahidə edilməsi Dünya Səhiyyə Təşkilatının tövsiyəsini ortaya çıxarıb: 12 yaşdan yuxarı yeniyetmələrin vaksinasiyası zərurəti”. 

Həkimin sözlərinə görə, artıq gənclər arasında da ölüm halları müşahidə olunur:

“Bu, narahatedici haldır. Vaksinasiyanın yaş həddinin endirilməsi bununla bağlıdır. Həqiqətən, vaksinasiya olunmaq vacibdir. Çünki vaksin olunan şəxslərin əksəriyyətində immunitet formalaşır.

“Pfizer” vurduran 10 nəfərdən 9-da immunitet formalaşır. Artıq immunitet formalaşan şəxs ya yoluxmur, ya da yoluxdurucu olmur. Yəni yoluxma zənciri orada qırılır. Vaksinasiyanın önəmi bundan ibarətdir. Bu həm də kollektiv immunitetə çatma yolunda mühim addımdır”.

Adil Qeybulla əyani dərslərin başlanmasının yoluxmanı artırdığını qeyd edib:

“Vaksinasiyaya ciddi yanaşmalıyıq. Təhsilin hazırda əyani başlanması yoluxmada müəyyən artımlara səbəb olub. Orta məktəblərdə də yoluxmalar var. Bu baxımdan diqqətli olmaq lazımdır. Tələbələr karantin qaydalarına əməl etməlidir. Təəssüflər ki, gənclər diqqət yetirmirlər”.

Həmçinin oxuyun

“Gilan” Holdinq əhaliyə vaxtı keçmiş malları satmağa çalışır

Dünən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton …