Ana səhifə / Sosial / “Yenidən qapanmaya gedə bilərik”

“Yenidən qapanmaya gedə bilərik”

Xeyli mübarizədən sonra Azərbaycanda COVİD-19-la bağlı vəziyyət, nəhayət, stabilləşib. Əlbəttə, bu, sevindiricidir. Axır ki, rahat nəfəs ala bilirik. “Kefimizə soğan doğrayan” isə dünyada sürətlə yayılan və artıq Rusiyanı ağuşuna alan Hindistan ştammıdır. Biz də əvvəlki günlərə yenidən qayıdacağıq?

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu barədə danışıb:

“Düzdür, hazırda epidemioloji vəziyyət stabildir. Bu, xeyli insanın xəstələnməsi və vaksin olunması ilə əlaqədardır. Amma arxayınlaşmamalıyıq. Sürprizlər ola bilər. Dünyada “Delta” ştammı yayılır. Hətta “Delta+”la bağlı da müxtəlif iddialar var. Vəziyyət pisləşsə, yenidən qapanmaya gedə bilərik. Odur ki, diqqətli, ehtiyatlı olmalı, peyvəndləmə prosesinə loyal yanaşmalıyıq”. Sherg.az

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …