Cümə , Noyabr 27 2020
Ana səhifə / Sosial / “Yeni Üfüq” Novruz aksiyası həyata keçirir

“Yeni Üfüq” Novruz aksiyası həyata keçirir

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Novruz bayramı ilə əlaqədar olaraq növbəti xeyriyyə aksiyasını həyata keçirir.

Birliyin sədri Sevinc Əzimbəylinin verdiyi məlumata görə, Novruz bayramı münasibətilə şəhid ailələri, qazilər və ehtiyacı olan insanlar bayram sovqatı verilir: “Təbii ki, məqsədimiz dəstək olduğumuz insanların bu bahar bayramını sevinclə, gülərüz qarşılamasına nail olmaqdır. Onu da qeyd edim ki, bu aksiya 100-də çox ailəni əhatə edəcək. Bütün xeyirsevər insanları da belə aksiyaları həyata keçirməyə, ən azından dəstək olmağa çağırıram. Unutmayaq ki, Allah dərgahında heç bir savab əməl cavabsız qalmaz”.

S.Əzimbəyli Novruz aksiyasına verdiyi yardımsevər dəstəyə görə “Cənnət” MMC-yə öz təşəkkürünü bildirib.

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …