Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Yeni il süfrəsi neçəyə başa gəlir? – Ekspert məbləğ açıqladı

Yeni il süfrəsi neçəyə başa gəlir? – Ekspert məbləğ açıqladı

Yeni il ölkəmizdə digər bayramlardan dəbdəbəli, bayram süfrələri isə daha çeşidli olur. Maraqlıdır, Azərbaycanda orta statistik ailə üçün yeni il süfrəsi neçəyə başa gəlir? Ən çox pul nəyə xərclənir?

Məsələ ilə bağlı Modern.az iqtisadçı ekspertlərlə əlaqə saxlayıb və onların məsələ ilə bağlı fikirlərini öyrənib.
İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda bayram xərclərinin çox olduğunu deyir. O, bayram süfrəsi üçün azı 150 manatın lazım olduğunu əlavə edib.
“Xərclər ailədən-ailəyə dəyişir. Elə ailə var, xaricə dincəlməyə gedir, eləsi var, bayramı restoranda qeyd etməyə üstünlük verir, eləsi də var ailə ortamında.
Orta statistik Azərbaycan ailəsini götürsək, yeni il masasının hazırlanması, bazarlığın olunması və yeni il şənliyinin keçirilməsi ən azı 150 manat civarında vəsait tələb edir. Bu da orta statistik azərbaycanlı ailəsi üçün kifayət qədər ciddi məbləğdir. Orta aylıq əməkhaqqının 650-700 manat olduğunu düşünsək, bir gecəlik xərc orta  əməkhaqqının 20 faizi edir.”
Qadir İbrahimli isə azyaşlı uşaqları olan ailələr üçün bayramın daha baha başa gəldiyini bildirir:
“Məsələn, azyaşlı uşağı olan ailələr var. Övladlarını bayram şənliyinə aparmaq, gəzintilərə çıxarmaq istəyir. Bu da ən azı bir uşaq üçün 20-30 manat pul tələb edir. Əgər o problem yoxdursa, bayram xərcləri digər günlərin xərclərindən ciddi fərqlənmir”

Həmçinin oxuyun

Baş infeksionistdən xəbərdarlıq: Karantin qaydaları sərtləşdirilə bilər

Koronavirusa yoluxanların sayı ürəkaçan deyil. Vəziyyət bu cür davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə …