Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Yeni il gecəsi metro gecə saat 1-ə qədər işləyəcək

Yeni il gecəsi metro gecə saat 1-ə qədər işləyəcək

Dekabrın 31-də Bakı Metropoliteninin bütün stansiyalarında iş qrafiki dəyişəcək.

Bu barədə “Trend”ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, həmin gecə metro stansiyaları saat 01:00-a kimi işləyəcək: “Bu, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil olunacaq atəşfəşanlıqdan sonra sakinlərin rahat mənzil başına çatması məqsədi daşıyır. Sadəcə, sərnişinlərdən xahiş edirik ki, sakinlər “Sahil” stansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metrodan istifadə edəcək sərnişinlər “28 may” və “İçərişəhər” stansiyalarına üz tuta bilərlər”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …