Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Yeni həmsədr Qarabağ üçün nə vəd edir? – ŞƏRH

Yeni həmsədr Qarabağ üçün nə vəd edir? – ŞƏRH

Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrini dəyişib. Fransa hökumətinin rəsmi saytında yer alan məlumata görə, bu vəzifəyə Pyer Andriunun əvəzinə Stefan Viskonti təyin olunub.

Həmsədrin dəyişdirilməsi münaqişənin həlinə necə təsir göstərəcək?

Politoloq Qabil Hüseynli hesab edir ki, həmsədrlərin dəyişdirilməsi işin xeyrinə olan hal deyil: “Qərb ölkələrində diplomatların vəzifədə işləmə müddəti var. Onlar hər 4 ildən bir səfirləri və bu tip missiyaları yerinə yetirən diplomatları dəyişirlər. Münaqişəli bölgələrdə işləyən diplomatların dəyişdirilməsi işin xeyirinə deyil. Çünki, diplomatların dəyişdikdən sonra həm problemin öyrənilməsinə, həm müəyyən məsələlərə adapdasiya olunmasına xeyli vaxt gedir. Bu nöqteyi-nəzərdən ATƏT-in Minsk qrupundakı öz həmsədrini dəyişməsi işin xeyrinə olan hal deyil. Bu, həm vaxt itkisidir, həm də məsələyə daha keyfiyyətli və peşəkarlıqla yanaşmanın səviyyəsini aşağı salır”.

Siyasi şərhçi Arzu Nağıyev isə bildirib ki, ATƏT-in Minsk qrupun həmsədrlərinin kimin olub-olmaması bizim üçün əhəmiyyət kəsb etmir: “Həmsədr kimin təyin olunmasından asılı olmayaraq onlar təmsil etdikləri dövlətin maraq və məramlarını qoruyurlar. Ona görə də Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrinin dəyişdirlməsi ilə hər hansı bir yenilik olmayacaq. Çox güman ki, ABŞ-lı həmsədr Ceyms Uorlik də dəyişdiriləcək. Həmsədrlərin dəyişdirilməsində müsbət amil ondan ibarətdir ki, prosesə yeni qüvvə və ideyalar gələ bilər. Vacib məsələ yeni həmsədrin regionla tanış olub-olmamasıdır. Bununla belə ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin dəyişdirilməsi münaqişənin həllində yenilik gətirə bilər. Həmsədrlərin dəyişdirilməsi isə əhəmiyyətli deyil”.

Məlumat üçün bildirək ki, Stefan Viskonti 4 oktyabr 1962-ci ildə Parisdə dünyaya gəlib. Bir övladı var. 1985 –ci ildə İqtisadi elmlər və biznes ali məktəbinin məzunu olub. Üç il sonra isə rus dili üzrə biznes ali diplomu alıb. 1993-cü ildə isə Şərq (Rusiya, Gürcüstan) üzrə xarici işlər katibi müsabiqəsinin qalibi seçilib.

Kareyrasına gəlincə, diplomat 1985-ci ildə Fransanın Vankuverdə (Kanada) yerləşən Baş konsulluğunun iqtisadi missiyası nəzdində olan milli xidmətdə işə başlayıb. Bir il sonra “Booz, Allen and Hamilton” strategiyası üzrə Şuranın Beynəlxalq kabinetinin konsultantı olub. Daha sonra “Club Mediterranee SA” qrupunun beynəlxalq inkişaf üzrə direktor müavini vəzifəsində işləyib.

Xarici İşlər Nazirliyində – BMT və beynəlxalq təşkilatlar üzrə idarəetmə, Protokol şöbəsində əmək fəaliyyəti ilə məşğul olub. 1997-ci ildə Baş nazirin beynəlxalq məsələlər üzrə Texniki müşaviri, 2002-ci idə Fransanın Sankt-Peterburqda baş konsulu, 2005-ci ildə Paris Bələdiyyə Başçısının beynəlxalq məsələlər üzrə məsləhətçisi, 2008-ci ildə isə Fransanın Münhendə baş konsulu vəzifəsində işləyib. Eyni zamanda diplomat BMT-nin 67-ci Baş Assambleyasında Fransa nümayəndə heyətinin baş katibi olub.

Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri təyin olunmamışdan qabaq Fransanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Stefan Viskonti fransız dili ilə yanaşı ingilis, rus, alman, isveç, gürcü və türk dillərində sərbəst danışır. AzVision.az

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın