Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Sosial / “Yeni Bakı”da sakinlər “zibilə düşüb” – Fotofakt

“Yeni Bakı”da sakinlər “zibilə düşüb” – Fotofakt

Bir ildən çoxdur ki, dünyada koronavirus adlı kabus dolaşır. Telekanallar, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə ekspertlər, səlahiyyətlilər, təmizliyə əməl etməyi tövsiyə edir. Belə bir zamanda Masazırda “Yeni Bakı” şəhərciyinin qarşısında məişət tullantıları üçün ayrılmış ərazi zibillə dolub, daşır. Vəziyyət o həddədir ki, burada sahibsiz küçə itləri yuva salıb.

Qeyd edək ki, şəhərciyin məişət tullantıları üçün ayrılmış iki yeri eyni vəziyyətdədir. Bir müddət əvvəl “Yeni Bakı” şəhərciyinin adı aylıq vətəndaşlardan yığılan “komunnal” xidmət haqqının baha olması ilə gündəmə gəlmişdi. Bir qrup vətəndaşın bir yerə yığılaraq, MMC yaratması şəhərciyin komendantlığı tərəfindən birmənalı qarşılanmamışdı.

Eyni zamanda şəhərcik sakinlərinin əksəriyyətinin borcunun olmamasına baxmayaraq, onlara “çıxarış” verilməməsi də sakinlərin narahatlığına səbəb olur. /Bizimyol.info

“Yeni Bakı”da sakinlər “zibilə düşüb” - Fotofakt

Həmçinin oxuyun

lham Əliyevdən dövlət icbari şəxsi sığortası ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında …