Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Yeni bahalaşma dalğası: İyundan nələrin qiyməti qalxacaq?

Yeni bahalaşma dalğası: İyundan nələrin qiyməti qalxacaq?

Son günlər ölkədə havanın temperatur aşağı enib, bir çox bölgələrə yağış yağıb, dolu düşüb. 

Belə ki, mayın ilk 10 günlüyündə Gədəbəy rayonunun Söyüdlü, Pirbulaq-Ərtəpə kəndlərinə, eləcə də İmişli rayonunun Qaralar, Otuziki, Cahar və Qaradonlu kəndlərinə, Gəncə şəhərinə, Goranboy rayonunun Gürzallar, Rus Borisi kəndlərinə və Böylü qəsəbəsinə, Zaqatala rayonu və rayonun Muxax, Çobankol, Car kəndlərinə, Lənkəran rayonuna, Tərtər rayonunun Səhləbad, Əskipara, Evoğlu, Qarağacı, Qaradağlı, Qapanlı kəndlərinə, İsmayıllı rayonuna dolu düşüb.

Dolunun daha çox düşdüyü bölgələrdə məhsuldarlığının da aşağı olacağı gözlənilir.

Zaqatalada tütün sahələri, çiyələk və fındıq bağları, həyətyanı sahələrin böyük hissəsi dolu nəticəsində məhv olub. Yetişməkdə olan bostan-tərəvəz bitkilərinə də ziyan dəyib.

Şəkidə də tütün sahəsinə ciddi ziyan dəyib, ərazidə olan meyvə ağaclarının yarpaq və meyvə hissəsi yararsız vəziyyətə düşüb.
Bundan başqa, həyətyanı sahələrdə olan meyvə ağaclarına tərəvəz bitkiləri, o cümlədən fermerlərə məxsus arpa sahələri də qismən ziyan görüb. Rayonun Şorsu kəndində isə dolu sahibkarlara məxsus 62 ha yeni şitillənmiş tütün sahəsini, 58 ha taxıl sahəsini, 3 ha meyvə bağı və 53 ədəd tütün parnikini vurub.

Gədəbəyə düşən dolu kartof sahələrinə zərər yetirib. Bunun kartofdakı məhsuldarlığa ziyanlı olacağı bildirilir.

İmişliyə düşən dolu taxıl sahələrinə ziyan vurub. Bu sahədə də məhsuldarlığın az olacağı gözləniləndir.

Goranboyda taxıl sahəsinə və nar bağına ziyan dəyib.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …