Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Yeganə Hacıyevanın namizədliyi qeydə alınmadı

Yeganə Hacıyevanın namizədliyi qeydə alınmadı

Siyasi şərhçi, 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən parlament seçkisinə qatılmaq istəyən Yeganə Hacıyevanın namizədliyi qeydə alınmayıb. Bu barədə Moderator.az-a məlumat verən Yeganə Hacıyevanın sözlərinə görə, Dairə Seçki Komissiyası bu gün keçirdiyi iclasda 129 imzanın komissiya üzvlərində şübhə doğurduğu əsas gətirilərək namizədliyinin qeydə alınmaması barədə qərar çıxarılıb.

Bundan başqa qərarda qeyd olunub ki, imza toplayanların adlarının səlahiyyətli nümayəndələrin siyahısında olmaması, imza vərəqələrində komissiya üzvlərinin verdiyi rəyə oxşar imzaların olması, məntəqə seçki komissiyasının seçici siyahısında adları olan vətəndaşın vəsiqəsinin göstəricilərində Bakıxanov qeydiyyatı olsa da icra hakmiyyətinin verdiyi rəyə görə hal-hazırda orda yaşamayan şəxslərin mövcudluğu əsas gətirilərək Yeganə Hacıyevin namizədliyinin qeydə alınmasından imtina edilir.

Yeganə Hacıyeva deyib ki, Dairə Seçki Komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edəcək.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın