Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Yazarlardan Masallı İcra Hakmiyyətinə sərt sözlər

Yazarlardan Masallı İcra Hakmiyyətinə sərt sözlər

“İcra strukturlarının başçıları bu cür hərəkətlər etməklə özlərinə olan etimadı itirirlər”.

Bunu Moderator.az-ayazıçı Cəlil Cavanşir Masallı rayon İcra Hakimiyyətinin gənc yazar Asiman Eyniyevə göstərdiyi hörmətsizliyi şərh edərkən bildirib.

Cəlil Cavanşir qeyd edib ki, icra sturturları gənc yazara dəstək olmaqla özünə xalq içində hörmət qazansa daha yaxşı olardı: “Ümumiyyətlə, rəhbər işçilər xalqın kitab oxumağında maraqlı olmalı, gənclərə dəstək verməli, yazıçıları küsdürməməlidir”.

Məsələyə münasibət bildirən şair Emin Piri isə deyir ki, Azərbaycanın əksər məmurları kitaba qorxunc bir təhlükə kimi baxırlar: “Bu hadisənin necə baş verdiyi haqqında tam bilgim olmasa da belə hadisənin baş verməsi məni təəccübləndirmir.  Bu xüsusən bölgələrdə daha çox hiss olunur. Məşhur ifadə də deyildiyi kimi bu gün kitabları yandıranlar, kitaba yox deyənlərin sabah insanlığı məhv edəcəyi gün kimi aydındır.Baxın, bilərəkdən kitab mağazalarını, kitaba maarifçiliyin qarşısına keçirlər bu tip məmurlar. Kitaba yox deyənlərin Kərbala müsibətini törədənlərlə heç bir fərqi yoxdur. Onlar susuz qoymuşdular, bunlarsa kitabsız”.

Xatırladaq ki, gənc yazar Asiman Eyniyev yeni çapdan çıxmış “Sahil” hekayələr kitabının Masallıda təqdimatı üçün icra hakimiyyətinə müraciət etsə də rədd cavabı alıb. Masallı rayon İcra Hakimiyyətindən Asiman Eyniyevə bildiriblər ki, Masallıda kitab-filan oxuyan yoxdur. Asiman Eyniyevə deyiblər ki, burda şairlər və yazıçılar kitablarını pulsuz paylayır, əgər sən də belə etmək istəyirsənsə, problem yoxdur, küçədə dayanıb edə bilərsən.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın