Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Yaşlı qadın küçə süpürə bilərmi? – ŞƏRH

Yaşlı qadın küçə süpürə bilərmi? – ŞƏRH

Bakıda süpürgəçi qadının yol qəzasında ölməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məlum hadisəyə görə, daha çox təndiqi fikirlər səsləndirilir. Hətta bildirilir ki, yaşlı qadınlar təmizlik işlərinə cəlb olunmamalı, bunun əvəzində magistral yollarda texnikalardan istifadə edilməlidir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı AzVision.az-a bildirib ki, yaşlı qadınların əmək fəaliyyətinə cəlb olunması qanunazidd deyil.

“Bildiyimiz kimi, iş başında olan xanım yol nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Bu, istehsalatda bədbəxt hadisə, həm də yol nəqliyyat hadisəsidir. Məsələnin iki apsketi var. Birinci, kommunal sferada çalışan xanım öz vəzifəsini yerinə yetirərkən istehsalatda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, ikinci isə ehtiyatsızlıq ucundan avtonəqliyyat hadisəsi baş verib və sürücü qadını hadisə yerində qoyub qaçıb və o, həlak olub”.

S.Məmmədov qeyd edib ki, iş yerində işçilərin əməyinin mühafizəsi və təhlükəsizlik texnikası işə götürənin üzərinə düşür. “İşə götürən tərəfindən işçinin texniki təhlükəsizlik qaydalarını pozmaması nəzarətdə saxlanılmalıdır. Deyirlər ki, yaşlı qadın əmək fəaliyyətinə cəlb olunur və niyə küçələrin təmizlənməsində müasir texnikadan istifadə olunmur. Yaşlı qadının belə yerlərdə əmək fəaliyyətinə cəlb olunmasında pozuntu yoxdur. Ümumi yanaşmada qadın əmək fəaliyyətlidirsə, işləmək arzusu varsa, burada məsuliyyət tərəfi yoxdur. Bu yaşda işləmək olar və işləyənlər də çoxdur. Belə halda qanun pozuntusu yoxdur”.

Şəhər təsərrüfatında müasir texnologiyalardan istifadə edilməməsinə gəlincə, S.Məmmədov hesab edir ki, işçi qüvvəsi həddindən artıq olan ölkələrdə kapital tutumlu mexanizmləri tətbiq etməkdənsə, əmək tutumlu əl işlərinə üstünlük verilir:

“Məsələn, yolları təmizləyən mexanizm 10 nəfəri əvəz edir. Amma həmin texnikanın saxlanılmasına çəkilən xərc 10 işçiyə çəkilən xərcdən çoxdur. İşçi qüvvəsinə ehtiyac olan ölkələrdə, məsələn, Polşada daha çox əl əməyinə üstünlük verirlər. Bunun əleyhinə deyiləm. Amma baxır hansı halda. Məlum hadisə magistral və yüksək sürətli hərəkətin olduğu küçədə baş verib. Riskin çox olduğu sahələrdə yaxşı olardı ki, yolların təmizlənməsində maşın mexanizmlərindən istifadə etsinlər. Bunu etməsələr də əlavə tədbirlər görülməlidir, məsələn, yol nişanları düzülməlidir və avtomabillər avtomatik olaraq hərəkətlərini dəyişməlidirlər”.

Qeyd edəki, martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “Kamaz” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …