Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Sosial / “Yaşı 70-i keçmiş bir şəxslə bu formada prinsip aparmaq doğru hal deyil”

“Yaşı 70-i keçmiş bir şəxslə bu formada prinsip aparmaq doğru hal deyil”

Xəbər verdiyimiz kimi bu gün Qaradağ Rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Ə.İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

AXP sədri, keçmiş baş nazir Pənah Hüseyn Moderator.az-a açıqlamasında eks səhiyyə naziri Əli İnsanovun həbsinə münasibət bildirib:

“Əli İnsanova qarşı qərəz göz önündədir. Onun həbsdən çıxmasına bir neçə ay qalmış hansısa narkotik tərkibli dərmanı əldə edib kimlərəsə verməsi inandırıcı deyil. Hesab edirəm ki, Əli İnanova qarşı ədavət hələ də davam edir. Ona qarşı olan qüvvələrin iradəsi ilə bu proses baş tutdu. Yaşı 70-i keçmiş bir şəxslə bu formada prinsip aparmaq doğru hal deyil.”

Həmçinin oxuyun

Bakıda Əzizbəyovun büstü götürüldü – FOTO

Bakıda Məşədi Əzizbəyovun büstü götürülüb. Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində …

Bir cavab yazın