Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Sosial / “Yaşayış minumumun artımı yetərli məbləğdə deyil” – ŞƏRH

“Yaşayış minumumun artımı yetərli məbləğdə deyil” – ŞƏRH

2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata qaldırılıb. 

Sözügedən artımla bağlı Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı öz fikirlərini Yenicag.az-la bölüşüb.

Sosioloqa görə, nəzərdə tutulan artım məqsədəuyğun deyil və əhalinin sosial vəziyyətinə müsbət təsir etməyəcək:

“İstehlak və qeyri-istehlak məhsullarının bahalaşan qiyməti fonunda yaşayış minimumun ölkə üzrə artırılan məbləği kifayət qədər yetərli deyil. Çünki son günlər bazardakı qiymətlər yaşamağın getdikcə çətinləşdiyini açıq göstərir. Xüsusilə də yağ, ət və ət məhsullarının qiymətində bahalaşma durmadan artır. Bu gün normal keyfiyyətli yağın qiyməti təxminən 20 manat civarındadır.

Ailənin 5-6 üzvü varsa, ay ərzində təqribən 5 kiloqrama yaxın yağa ehtiyac var. Bu isə ailə büdcəsinin elə 100 manatının yağa xərclənməsi deməkdir. Digər tələbatları da nəzərə aldıqda vəziyyətin necə ağırlaşdığı özünü göstərir. Ona görə də yaşayış minimumun nəzərdə tutulan artımı yetərli deyil. Əgər yaşayış minumumu lazımi səviyyədə artırılmırsa, bu halda istehlak məhsullarının qiymətindəki bahalaşmanın qarşısı alınmalıdır”.

Həmçinin oxuyun

Bu gün neçə nəfər yoluxub? – STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər …