Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Yaşayış minimumu 190 manat, sosial yardım 160 manat olacaq

Yaşayış minimumu 190 manat, sosial yardım 160 manat olacaq

Prezidenti İlham Əliyev 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib.

2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.

Qanunlar 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …