Bazar , Oktyabr 20 2019
Ana səhifə / Sosial / Yasamalda yollar yenidən qurulacaq – SƏRƏNCAM

Yasamalda yollar yenidən qurulacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Həmçinin oxuyun

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət …