Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Yasamalda su borusu partlayıb, ətrafı su basıb

Yasamalda su borusu partlayıb, ətrafı su basıb

Bakının Yasamal rayonunda su borusu partlayıb.
Qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb. “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb.

Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …